Rusiya 11-17 sentyabr tarixlərində “Vostok-2018” təliminə son hazırlıqları aparır.
Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov təlimlərə 297 min hərbiçinin qatılacağını bildirib.
Onun sözlərinə görə, 1000-dən çox helikopter və pilotsuz uçan aparat (PUA), 36 min tank və digər zirehli texnika, 80 gəmi təlimlərdə yer alacaq.
Gerasimov bildirib ki, Çin və Monqolustanın da hərbi birlikləri təlimlərdə iştirak edəcəklər.
Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin “Vostok-2018”in NATO-ya istiqamətlənmədiyini, qərb mediasının əsassız xəbərlər yaydığını söyləyib.
Qeyd edək ki, “Vostok-2018” miqyasına görə keçmiş SSRİ dövründə 1981-ci ildə keçirilən “Zapad-81” təlimindən sonrakı ən genişmiqyaslı təlim olacaq.
Tehsil-press.az