Putin reklam etdi, Avropada satışları artdı

Putin reklam etdi, Avropada satışları artdı Rusiya prezidenti Vladimir Putinin rus avtomobil nəhəngi “Lada”nın “Vesta” və “Granta” modellərini tanıtmasından sonra Avropada maşınların satışında artım müşahidə olunub.
“Focu2Move” araşdırma şirkətinin məlumatına görə, bu ilin ilk 9 ayında 82 min 794 “Lada Vesta” satılıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayına görə 46,5% artım deməkdir. Builki satışlar sayəsində “Lada” Avropada ən çox satılan maşınlar siyahısında 71-ci yerdən 49-cu pilləyə yüksəlib.
“La Granta” modeli isə bu ilin ilk 9 ayında 74 min 463 ədəd satılıb. Bu model ötən illə müqayisədə pillələrdə yüksələrək 55-ci yerdə qərarlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər