Böyük Britaniyanın Kardif Universitetinin tədqiqatçıları yalan fikirləri insanın xəttinə görə tanıyan xüsusi proqram hazırlayıblar. “VeriPol” adlandırılmış metodikanın əsas funksiyası əl ilə yazılmış mətnin skan edilməsidir. Proqrama əl ilə yazılmış mətnin surəti yükləndikdən sonra maşın əlyazmada yalan fikrin olub-olmadığını aydınlaşdırır.
Tədqiqatçılar yeni proqramın gələcəkdə yalan söyləyən insanları asanlıqla müəyyən etməyə imkan verəcəyinə əmindirlər.
Neyron şəbəkənin sınaqdan keçirilməsindən sonra Britaniya alimlərinin yeni məhsulunun nə dərəcədə faydalı olduğunu anlamaq mümkün olacaq. Bununla yanaşı, proqramın hüquq-mühafizə sistemi təkmilləşdiriləcək.
Tehsil-press.az