Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Bu qurumun tabeliyindəki ümumtəhsil müəssisələrində ölkə üzrə elan edilən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “dəyirmi masa”, treninq-seminar, müsabiqə və sərgilər təşkil olunur.
“Uşaq hüquqları aylığı”nın keçirilməsinin məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr - Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Məktəblərdə keçirilən tədbirlərdə şagirdlərə məlumat verilir ki, ölkəmizdə hər il “Uşaq hüquqları aylığı” qeyd olunur. BMT-nin Uşaq Hüquqları Konvensiyasının icrasının təmin edilməsi istiqamətində respublikamızda bir sıra tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilməkdədir.
Ümumtəhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.
Tehsil-press.az