Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib. Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinində keçirilən tədbirdə 31 və Abşeron rayon Saray kəndinin 3 saylı orta məktəbinin şagirdləri iştirak edib. Tədbirdə “Qanunun Aliliyi Hüquq Resurs Mərkəzi” nin əməkdaşı hüquqşünas Ruslan Mustafazadə çıxış edərək uşaqların cəmiyyətdə müdafiə olunması, sağlamlıqlarının qorunması, müstəqil həyata hazırlanması ilə bağlı fikirlərini bildirib. Uşaqların yüksək keyfiyyətlər–ləyaqət, azadlıq, vətənpərvərlik, həmrəylik, bərabərlik ruhunda tərbiyə olunmasının vacibliyini bildirən hüquqşünas onların yaşaması və inkişafı üçün zəruri olan şəxsi toxunulmazlıq, iqtisadi, mədəni, sosial hüquqlara malik olması istiqamətində dövlətin və valideynlərin qarşısında duran əsas vəzifələrdən söhbət açıb. Ruslan Musatafazadə eyni zamanda uşaqların cəmiyyətdə davranış qaydalarına əməl etməsi, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olması, biliklərə yiyələnməsi, özünü faydalı əməyə hazırlaması, valideynlərinə, xalqına, onun adət-ənənələrinə hörmətlə yanaşması, ətraf mühiti, tarix və mədəniyyət abidələrini qoruması və s.kimi əsas vəzifələrindən bəhs edib, uşaqları maraqlandıran sualları cavablandırıb.Görüşdə “Hüquqlarımızı bilirikmi” başlığı altında sərgi nümayiş olunub.
Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə “Pepe” və 7 saylı uşaq bağçalarının kiçik və orta yaşlı uşaqları üçün “Narbala” kukla tetarının ifasında “Dovşanın evi” tamaşası göstərilib. Tamaşada nağıl qəhrəmanlarını Mətanət Əmrullayeva, Vəfa Qurbanova, İlqar İbrahimov canlandırıb. Tamaşaya maraqla baxan uşaqlar sonda nağıl qəhrəmaları ilə rəqs edib, xatirə şəkli çəkdiriblər.
Abşeron rayonu Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində tədbir keçiriliən tədbirdə məktəbin nəzəriyyə, rəqs, fotepiano, nağara, xalq çalğı alətləri şöbələrinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Rəqs şöbəsi şagirdlərinin ifasında Azərbaycan milli rəqsləri maraqla izlənilib. Tədbirdə həmçinin məktəbin rəsm şöbəsi şagirdlərinin rəsm işləri nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib.Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib.Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib.Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib.Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Oxşar xəbərlər