Dənizkənarı Bulvar İdarəsi 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlərə start verir.
İlk tədbir 7 noyabr 2018-ci il tarixdə saat 10:00 Dənizkənarı Milli Parkda yerləşən Bakı Biznes Mərkəzində keçiriləcək.
“Azərbaycan Respublikasının Dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” mövzusunda təşkil ediləcək elmi-praktik konfransda Azərbaycan bayrağının mənəvi, siyasi və ideoloji əhəmiyyəti barədə fikir mübadiləsi aparılacaq. AMEA-nın müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Siyasi elmlər doktoru Elçin Əhmədov və digər qonaqlar məruzlərlə çıxış edəcəklər.
Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında Bədii Kompozisiya ilə davam etdiriləcək.
Tehsil-press.az