Londonda robotların tarixi ilə bağlı sərgi açılıb

Londonda robotların tarixi ilə bağlı sərgi açılıb Londondakı Elm Muzeyində robotların 500 illik tarixini əks etdirən sərgi açılıb.

Təhsil-press.az xəbər verir ki, sərgidə nümayiş etdirilən, beş dövrə aid geniş robot kolleksiyası ziyarətçiləri sanki tarixə ekskursiyaya aparır.
Sərginin kuratorları Ling Li və Anna Darron vurğulayıblar ki, robotlar əsrlərboyu proqramlaşdırılan avtomatik varlıqlardır. Sərgidə ən qədim və hazırda fabriklərdə fəhlələrlə birlikdə çalışan insanabənzər robotlar nümayiş etdirilir. Ziyarətçilər ciddi suallarla qarşılaşırlar: Robotlar gündəlik həyatımızda nə qədər yer almalıdır? Robotların bizim üçün nə qədər işləməsini istəyirik?
Dünyanın müxtəlif ölkələrindən gətirilmiş 100-dək robotun nümayiş olunduğu sərgi sentyabrın 3-dək davam edəcək.

Təhsil-press.az

Oxşar xəbərlər