Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və maliyyə institutları kafedrasının alimləri növbəti elmi-tədqiqat layihələrini yekunlaşdırıblar.
Alimlər UNEC ilə Xalq Bank arasında imzalanan müqaviləyə əsasən, iki müstəqil layihə üzərində çalışıblar. Birinci layihə “Kredit portfelinin diversifikasiyasının müasir istiqamətləri”, ikinci layihə isə “Əmanətlərin sığortalanması işinin təkmilləşdirilməsi” mövzusunda olub.
Hər iki elmi-tədqiqat işi maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərovun rəhbərliyi ilə həyata keçirilib.
Qeyd edək ki, bu layihələr maliyyə və maliyyə institutları kafedrasının son iki ildə yerinə yetirdiyi dördüncü təsərrüfat hesablı elmi tədqiqat işidir.

UNEC-in Mətbuat Xidməti