Azərbaycanda maliyyə sahəsində ali təhsil proqramı təkmilləşdiriləcək.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, 2025-ci il və ondan sonrakı dövr üzrə nəzərdə tutulmuş hədəflərə nail olmaq üçün ali təhsil müəssisələri, özəl təlim mərkəzləri, tənzimləyici qurumlar və bazar iştirakçıları vasitəsilə yüksək bilik və bacarıqlara malik mütəxəssislər yetişdiriləcək. Bu mütəxəssislərin fəaliyyəti qiymətləndiriləcək və müvafiq təlim-tədris mərkəzlərinin proqramlarında lazımi dəyişikliklər ediləcək. Təlim-tədris proqramlarında iştirak edənlərin sayının artması nəticəsində maliyyə sistemində bilik və bacarıqlar xeyli yüksələcək. Eyni zamanda, müxtəlif sertifikatlaşdırma proqramları vasitəsilə sektor üçün ənənəvi və təkrarlanan əməliyyatların standartlaşması stimullaşdırılacaq. Bu təlim-tədris mərkəzləri maliyyə sektorunda rəqəmsallaşma ilə bağlı son meyilləri nəzərə almaqla, iştirakçıların texnoloji biliklərinin artırılmasını təmin edəcək.
Yol xəritəsində bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyi ali təhsil müəssisələri ilə birlikdə maliyyə sahəsində ali təhsil və peşə təhsilli proqramlarının sektorun ehtiyaclarına uyğunluğunu qiymətləndirəcək, təhsil proqramlarının təkmilləşdirilməsi istiqamətində zəruri işlər aparacaqlar. Sektorda çalışanların bilik və bacarıqlarının təkmilləşdirilməsi digər prioritetlər üçün mühüm əhəmiyyət kəsb edir. Prioritet ÜDM-ə və məşğulluğa birbaşa ölçülə bilən təsir göstərməsə də, Azərbaycanda maliyyə xidmətləri sektorunun inkişafına xidmət edən bütün təşəbbüsləri dəstəkləyir.
Tehsil-press.az