Tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin “ISE Economic Talks” layihəsində iştirak edib.
“Maliyyə böhranı və inkişaf etməkdə olan bazarlarda kapitalın strukturu” mövzusunda çıxış edən professor şirkətlərin kapital strukturundan və onları müəyyən edən əsas faktorlardan danışıb. O, şirkətlərin kapital strukturunu müəyyən edən əsas faktorların izahını verib, xüsusilə 2008-ci ildəki qlobal maliyyə böhranından sonra inkişaf etməkdə olan bazarlarda şirkətlərin strategiyalarından bəhs edib. İnkişaf etməkdə olan bazarlara misal olaraq Çin, Braziliya, Malayziya, İndoneziya və digər bu kimi daha sürətlə sənayeləşmə və inkişaf mərhələsində olan ölkələri qeyd edib.
“ISE Economic Talks” qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

UNEC-in Mətbuat Xidməti