“Bəziləri sanki elə qələmə verirlər ki, Milli Məclisdə xalqı düşünən yoxdur. Halbuki burada xalqın mənafeyinə uyğun yüzlərlə çıxışlar olur. Sadəcə telekanallarımız bunu işıqlandırmır”. Bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib.
O, bu məsələdə AzTv-dən və İctimai TV-dən narazılığını ifadə edib: “AzTv yalnız komitə sədrlərinin çıxışları efirdə verir. Ancaq deputatların çıxışından heç nə vermirlər. Həftədə parlamentlə bağlı 1 saatlıq çıxış verilir. Amma yenə də deputatların nə danışdığı bilinmir.
Ümumiyyətlə isə, İctimai TV bizdən heç nə vermir. Hansı ki büdcə və vergilər hesabına maliyyələşir. Biz bəzən jurnalistlərə foyedə açıqlama verilməli oluruq. Çox hallarda soyuqlu havalarda parlamentin həyətində danışmalı oluruq. Bu da yaxşı deyil. Yaxşı olardı ki, bizə bununla bağlı ayrıca otaqlar verilərdi”.
Buna cavabında spiker Oqtay Əsədov belə deyib: “Maşallah, hansı kanalı açırsan deputatlardan başqa danışan yoxdur”.
Tehsil-press.az