Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllimlər üçün yeni “UNEC Academic Thinking” (“Akademik düşüncə”) layihəsinə başlanılıb.
Layihə çərçivəsində müəllimlər elmin müxtəlif sahələrinə dair akademik müzakirələr aparacaqlar. İngilis dilində aparılan müzakirələr ayda iki dəfə təşkil ediləcək. Növbəti müzakirələrə telekörpü vasitəsilə dünyanın tanınmış universitetlərinin akademik heyətləri də qoşulacaq.
İlk “UNEC Academic Thinking” müzakirəsi “Human development” (“İnsan inkişafı”) mövzusuna həsr olunub. Müzakirədə insanın inkişafı üçün vacib olan ədalət, davamlılıq, səmərəlilik və səlahiyyət amilinə diqqət çəkilib. İnsanın kamilləşməsində təhsilin önəmi, iqtisadiyyatda biliyin rolu, iqtisadi artım və insan inkişafı arasındakı əlaqələr, insanın inkişaf indeksi və digər məsələlər ətrafında diskussiya aparılıb.

UNEC-in Mətbuat Xidməti