Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu bu il Çin dili üzrə 17-ci Hanyu Shuiping Kaoshi (HSK) və 13-cü Hanyu Shuiping Kouyu Kaoshi (HSKK) imtahanlarını uğurla təşkil edib. İmtahan iştirakçılarının böyük əksəriyyəti BDU və digər universitetlərin tələbələri, həmçinin Konfutsi İnstitutunun dinləyiciləri olub.
Hər il ən azı iki dəfə - mart və dekabr aylarında HSK və HSKK imtahanları təşkil olunur. Bu il keçirilən ikinci imtahanda ümumilikdə 45 iştirakçı HSK 5-ci səviyyə və HSKK 2-ci səviyyə imtahanında iştirak edib.
Konfutsi İnstitutunun məlumatına əsasən, son illərdə Çin dili üzrə daha yüksək səviyyə imtahan iştirakçılarının sayı artıb. Həmçinin əvvəlki illərə nisbətən hazırda imtahanlarda uğurlu nəticə qazanan tələbələrin sayı çoxalıb. HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatın alınması Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, həmçinin Çin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır. Azərbaycanda HSK/HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi bu dilə marağın artmasına sübutdur.

BDU-nun Mətbuat Xidməti