ADU-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filminin ingiliscə təqdimatı keçirilib

ADU-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filminin ingiliscə təqdimatı keçirilib Dekabrın 4-də Azərbaycan Dillər Universitetində “Forbidden history of Armenia and Azerbaijan” (“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi”) filminin ingiliscə təqdimatı keçirilib.
Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq lahiyələr sektorunun müdiri Rauf Həsənov, UFAZ – Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Ermənistan-Azərbaycan Sülh Platformasının Direktoru Dilarə Əfəndiyeva və digər rəsmilər iştirak ediblər.
ADU-nun Tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib. Ə.Abdullayev filmin ərsəyə gəlməsini Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan silsilə işlərdən biri olduğunu deyib.
Filmin müəllifi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov ideyanın yaranması səbəbləri, məqsəd və mahiyyətindən söz açıb. O, həmçinin filmin hazırlıq prosesi və müxtəlif dillərə tərcümə olunmasından danışıb.Daha sonra film nümayiş olunub. Nümayişdən sonra qonaqlar təəssüratlarını bölüşüblər.
Ekran əsəri Ermənistan Mədəniyyət Nazirliyi və Yerevan meriyasının sifarişi ilə çəkilərək Azərbaycan əleyhinə yönəlmiş təbliğat xarakterli “Falsification of History – Azerbaijan” (“Tarixin saxtalaşdırılması – Azərbaycan”) filminə cavab olaraq Qafqaz Tarixi Mərkəzi tərəfindən hazırlanıb.
Filmdə toplanan ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrin nadir arxiv materialları, xəritələr, kino və fotokadrlar əsasında indiki Ermənistanın və paytaxt Yerevanın qədim Azərbaycan torpaqları – İrəvan xanlığının ərazisi olması sübuta yetirilib, yalançı erməni təbliğatının bir sıra tarixi uydurmaları, Azərbaycan və onun xalqına qarşi istifadə olunan tarixi-ideoloji saxtakarlıqlar ifşa olunub.
Filmin müəllifi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov, elmi məsləhətçisi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynovdur. Filmi ingilis dilinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dissertantı Emil Abdurəhmanov tərcümə edib. Ekran işinin dublyajı “CBC – Azərbaycan” Telekanalına məxsusdur.

ADU-nun Mtbuat Xidmti


ADU-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filminin ingiliscə təqdimatı keçirilibADU-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filminin ingiliscə təqdimatı keçirilibADU-da “Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi” filminin ingiliscə təqdimatı keçirilib

Oxşar xəbərlər