Martın 30-da Bakı Slavyan Universitetində (BSU) Əməkdar Jurnalist, bu ali təhsil ocağının jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovanın “İrsimizə atəş açmayın” sənədli filminin nümayişi olub.
Bu universitetin rektoru, professor Nurlana Əliyeva 100 il əvvəl 1918-ci il martın 31-də soyqırımına məruz qalmış xalqımızın acı xatirəsini dərin hüznlə yad edib. Diqqətə çatdırılıb ki, 1998-ci ildən etibarən 31 mart tarixi respublikamızda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Mart soyqırımının Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəvi hadisələrdən biri olduğunu deyən N.Əliyeva vurğulayıb ki, soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib.
Film barədə fikirlərini bölüşən N.Əliyeva bildirib ki, bu ekran əsərində dağıdılmış İrəvan məscidlərinin Qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılıb, İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktını təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri farslaşdırma iddiaları ifşa edilib. Rektor diqqətə çatdırıb ki, filmin müəllifi İrəvanda həmin məscidlərin fotolarını təhlil etməklə onların adını dəqiqləşdirib və ilk dəfə Yerevanın xəritəsində yerlərini aydın şəkildə göstərib.
Milli Məclisin deputatı Qənirə Paşayeva erməni soyqırımı iddialarının yalan olması, erməni terror və silahlı dəstələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlardan danışıb. O, filmin illər keçdikdən sonra tarixin yaddaşında əbədi olaraq qalacağına əminliyini bildirib. Mustafa Kamal Atatürkün “Tarix yazmaq tarix yaratmaq qədər önəmlidir!” fikrini xatırladan Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında virtual cəbhədə Azərbaycan gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü diqqətə çatdırıb. O deyib: “Erməni yalanlarının qarşısının alınmasının tək bir yolu var. Bu da birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır”.
Təhsil eksperti, professor Şahlar Əsgərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və digər çıxış edənlər Azərbaycan tarixi fənninin öyrənilməsinin gənclərin əsas vəzifəsi olduğunu bildiriblər. Qeyd edilib ki, gənclər informasiya cəbhəsində Azərbaycanın milli haqlarının qorunması, erməni yalanlarının ifşası istiqamətində daha fəallıq göstərməlidirlər.
“İrsimizə atəş açmayın” filminin Azərbaycan, rus və alman dillərində sosial şəbəkələrdə yayımlandığını deyən Şəlalə Həsənova qeyd edib ki, bu ekran əsərində “Sülh platformasının” prinsipləri əsas götürülüb. Bunlar Azərbaycan və Ermənistan arasında qarşıdurmanın aradan qaldırılması, düşmən obrazının məhv edilməsi, daxili sülh ehtiyatlarının axtarılmasıdır. Ş.Həsənova deyib: “Filmdə həm sülhə çağırış, həm İrəvansızlığın nostaljisi, həm təkzibolunmaz faktlar yer alıb”.

BSU-nun Mətbuat Xidməti