Dekabrın 20-də Nizami Kino Mərkəzində “Qış tətili” uşaq macəra filminin qala gecəsi keçirilib.
Film “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası çərçivəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin və “Dəcəl Balam” Ailə və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə çəkilib. Filmin çəkilişləri Bakıda, Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda və Xaçmaz rayonunun Nabran qəsəbəsində aparılıb. “Qış tətili” filminin baş qəhrəmanları əsasən 8-12 yaşlı uşaq və yeniyetmələrdir.
Qala gecəsində çıxış edən “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov uşaq macəra filminin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib, yeni ekran əsərinin balacalar tərəfindən maraqla qarşılanacağına əminliklərini bildiriblər.
Sonra “Qış tətili” uşaq macəra filmi nümayiş etdirilib.
Qeyd edək ki, filmi “MY Production”ın rəhbəri, rejissor Teymur Nəcəfov ekranlaşdırıb.
Tehsil-press.az