Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş “Dolu” filmi nümayiş olunub.
Bu ali məktəbin rektoru, professor Timuçin Əfəndiyev Qanlı Yanvar hadisələri haqqında geniş məlumat verib və həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb. T.Əfəndiyev qeyd edib ki, müharibə mövzusunda çəkilən “Dolu” filmi müharibənin dəhşətlərini, dövrün ictimai-siyasi proseslərini yeni nəslə çatdıran, gəncliyin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malik uğurlu ekran əsəridir.
Filmin ssenari müəllifi A.Abbas BXA-nın müəllim və tələbələri ilə görüşdən, bu ali təhsil ocağı ilə tanışlıqdan məmnunluğunu ifadə edib, akademiya rəhbərliyinə minnətdarlığını bildirib. Yazıçı “Dolu” bədii filmi haqqında məlumat verib, filmin yaradıcı heyətini təqdim edib.
Filmin nümayişindən sonra A.Abbas, “Dolu” filminin rejissoru, Əməkdar İncəsənət Xadimi Elxan Cəfərov və yaradıcı heyətin digər üzvləri ilə görüşən müəllim və tələbələr maraqlı ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, 2012-ci ildə dövlət sifarişi ilə çəkilmiş “Dolu” filminin quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirovdur. Əsas rollarda əməkdar artistlər Məmməd Səfa Qasımov, Fərhad İsrafilov və Gülzar Qurbanova, aktyorlar Rza Rzayev, Elvin Əhmədov, Cavanşir Hadıyev, xalq artistləri Fuad Poladov və Şamil Süleymanov çəkiliblər. Qəhrəmanlıq və şücaət səhnələri ilə dolu olan filmdə istedadlı gənc aktyorlar da iştirak edirlər.

Hikmət Əliyev