Bakıda daha bir müəllim- şagird davası - Video

Bakıda daha bir müəllim- şagird davası - Video Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib.
Xoşagəlməz kadrlar sinifdə olan şagirdlərin biri tərəfindən çəkilib. Sözügedən kadrlar 12 nömrəli Bakı Peşə Liseyində çəkilib.
Araşdırma zamanı məlum olub ki, hadisə peşə liseyində 307 nömrəli qurupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.
Şagirdin bu iddialarından sonra adı hallanan Oktay Allahverdiyev isə bildirib ki, dərs başlayan kimi şagirdlər səs salmağa başlayıb. Bundan sonra o, şagirdə yaxınlaşaraq səs salmamasını istəyib. Ancaq onu vurmayıb.
Məsələ ilə bağlı Liseyin Tərbiyə işləri üzrə direktor müavini Səməd Nəbiyev söyləyib ki, məlum videodakı hadisədən bu günə qədər ümumiyyətlə məlumatsız olublar.
S. Nəbiyev həmin qrupun liseyin problemi qrupu hesab olunduğunu, orada oxuyan şagirdlərin dərs zamanı nizam-intizam qaydalarını pozmaları haqda bir neçə dəfə aidiyyatı qurumlara da məlumat verildiyini bildirib.
Qeyd edək ki, videogörüntünün oktyabr ayının sonunda çəkildiyi bildirilir.



Tehsil-press.az

Oxşar xəbərlər