Deputat Aqil Abbas Azərbaycanda fəaliyyət göstərən özəl kanalların bağlanmasını təklif edib.
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat bildirib ki, özəl kanallar əxlaqsızlığı yayır: “Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, rus məktəblərinə niyə uşaqları qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin. Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyünə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır. Ona görə də Milli Teleradio Şurasına da senzura ilə bağlı səlahiyyət verə bilərik”.
Tehsil-press.az