Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi ABŞ prezidenti Donald Tramp bu ölkəyə qarşı yeni sanksiyaları təsdiqləyib.
Məlumata əsasən, buna Rusiyanın orta və yaxın mənzilli raketlərin ləğv olunması barədə müqavilənin şərtlətinə əməl etməməsi səbəb olub.
Yeni sanksiyalar raket texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı tətbiq olunacaq.
Dövlət Departamenti Rusiyanı şərtləti pozmaqda və müzakirələrdən imtina etməkdə ittiham edib.
Qeyd edək ki, orta və yaxın məsafətli raketlərlə bağlı razılıq 1987-ci ilin dakabrın 8-də Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər