Dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş 56 namizəd müsahibəyə gəlməyib

Dövlət qulluğuna qəbul üçün qeydiyyatdan keçmiş 56 namizəd müsahibəyə gəlməyib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 7-si və 8-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə ötən gün müsahibələr keçirilib.
Müsahibələr Bakı şəhəri, həmçinin qurumun Gəncə, Lənkəran, Şəki, Şirvan, Göyçay, Bərdə regional bölmələri, Xaçmaz şəhərində incəsənət muzeyi də daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib.
Gün ərzində keçirilməsi nəzərdə tutulan 129 müsahibədən 73-ü reallaşıb, 56 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Namizədlərdən 30-u iddia etdiyi vəzifəyə uyğun hesab edilib.
Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.
Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər