Yeni Zelandiyada marixuana leqallaşdırılır

Yeni Zelandiyada marixuana leqallaşdırılır Yeni Zelandiya hökuməti ölkədə tibbi marixuananın daha asan satışını təmin edən qanun qəbul edib.
Yeni qanuna əsasən ağır xəstələr aptekdən başqa müəssisələrdə marixuana almasına görə cəzalandırılmayacaq.
Əvvəllər bu maddə xəstələr üçün daha sərt qaydalarla satılırdı.
Bundan başqa, Yeni Zelandiyada sahibkarlar marixuanadan müxtəlif tibb maddələri istehsal edə və ixrac edə bilərlər.
Qeyd olunur ki, növbəti iki il ərzində ölkədə marixuananın tibbi məqsədlərlə tam şəkildə leqallaşması ilə bağlı referendumun keçirilməsi planlaşdırılır.

TEHSIL-PRESS.AZ

Oxşar xəbərlər