“Son türk əlifbası” kitabı çapdan çıxıb

“Son türk əlifbası” kitabı çapdan çıxıb AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə Abdulla bəy Əfəndizadə Azaqbəylinin “Son türk əlifbası” kitabı çap olunub.
Kitabı institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətli nəşrə hazırlayıb. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü, görkəmli pedaqoq, istedadlı şair və tərcüməçi Abdulla bəy Əfəndizadə Azaqbəylinin 1919-cu ildə Bakıda nəşr olunmuş “Son türk əlifbası” əsərinin müasir əlifbamıza transfoneliterasiyası təqdim edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə işıq üzü görən nəşrin elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Sayalı Sadıqova və İsmayıl Kazımovdur.

Tehsil-press.az



Oxşar xəbərlər