“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası MEK-in Milli Rəqəmsal bazasında yerləşdirilib

“Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası MEK-in Milli Rəqəmsal bazasında yerləşdirilib AMEA-nın Mərkəzi Elmi Kitabxanasına Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanovun 3 cildlik “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti” monoqrafiyası təqdim olunub. Monoqrafiya MEK-ə müəllif tərəfindən təqdim edilib.
Əsər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə ithaf edilib. Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, “Ön söz”ün müəllifi akademik Nizami Cəfərov, rəyçiləri isə fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru, professor Məsud Mahmudov və filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.
Monoqrafiyada Azərbaycan nitq mədəniyyətinin inkişafında, təşəkkül tapmasında ümummilli lider Heydər Əliyevin nitq və çıxışları kompleks şəkildə araşdırılıb. Monoqrafiya MEK-in Milli Rəqəmsal bazasında yerləşdirilib, həmçinin kitabxanada Heydər Əliyevin 95 illiyinə həsr olunmuş sərgidə nümayış etdirilib.
Monoqrafiya dilçilik, nitq mədəniyyəti fənni tədris edən müəllimlər, filoloq tələbələr, diplomatiya, jurnalistika, ədəbiyyat, tibb və digər sahələrdə fəaliyyət göstərənlər üçün dəyərli vəsaitdir.

Tehsil-press.az

Oxşar xəbərlər