Neyron şəbəkəsi şəkillərdəki insan fiqurlarını “dirildir”

Neyron şəbəkəsi şəkillərdəki insan fiqurlarını “dirildir” ABŞ alimləri neyron şəbəkələrinə əsaslanan alqoritm hazırlayıblar. Onun vasitəsilə şəkillərdə təsvir edilmiş insanları "diriltmək” mümkündür. Alqoritm insan fiquru üçün 3D model yaradır və verilmiş animasiyanı yenidən canlandırır.
Təsvirlərə baxarkən insanların kamera qarşısına çıxmamışdan öncə necə hərəkət etdiklərini təsəvvür etmək mümkün olur. Proqram alqoritmləri üçün bu məsələ olduqca mürəkkəb olsa da, layihədə iştirak etmiş Vaşinqton Universitetinin əməkdaşları və Facebook şirkətinin nümayəndələri bunu reallaşdırmağa müvəffəq olub.
Layihənin müəllifi İra Kemelmaher Şliserman qeyd edib ki, insanı fondan ayırıb müəyyən etmək, onun üçölçülü modelini yaratmaq üçün bir neçə mürəkkəb alqoritmdən istifadə olunur.
İşlərin nəticələrinin effektivliyinin nümayiş olunması üçün alqoritmin bir neçə versiyası, o cümlədən əlavə edilmiş reallıq versiyası mövcuddur.

Tehsil-press.az

Oxşar xəbərlər