"Instagram"dan yenilik: artıq videozənglər etmək də mümkündür

"Instagram" sosial şəbəkəsi istifadəçiləri üçün yenilik edib.
Şəbəkənin sonuncu yenilənməsində artıq görüntülü zənglər də etmək mümkün olacaq. Həmçinin, proqramda tematik kanallar və fotoşəkillər üçün yeni effektlər də mövcud olacaq. Videozəngdə eyni zamanda 4 nəfər iştirak edə bilər.
Qeyd olunur ki, istifadəçilər videoçatda olduğu zaman tətbiqdə digər funksiyalardan da istifadə edə bilərlər.
Şəkillərin və qısa videoların paylaşılması üçün "Instagram" tətbiqi 2010-cu ilin oktyabr ayında işə salınıb və ilk öncə yalnız "Apple" şirkətinin mobil qurğuları üçün nəzərdə tutulub. 2012-ci ilin aprelində servis "Android" platformasının istifadəçiləri üçün də əlçatan olub. Məhz o zaman, "Facebook" şirkəti "Instagram"ı 1 milyon dollara alıb.

Tehsil-press.az

Oxşar xəbərlər