Robot insanları çəngəllə yedizdirir

Robot insanları çəngəllə yedizdirir Vaşinqton Universitetinin mühəndisləri əl hərəkəti pozuntulu insanları müstəqil şəkildə yedizdirəcək robotlaşdırılmış sistem üçün alqoritm hazırlayıblar.
Alimlərin "NeurIPS 2018" konfransında etdikləri məruzələrdə bildirilib ki, yemək zamanı insanların ərzaqlarla necə davranmasını anlamaq və robotları bu hərəkətlərə adaptasiya etmək üçün mütəxəssislər tədqiqat iştirakçılarından manekeni yedizdirməyi xahiş ediblər. Toxunuşla hiss edilən siqnalların və hərəkət göstəricilərinin toplanan analizi "Kinova JACO" robotlaşdırılmış manipulyatoru üçün alqoritm yaratmağa kömək edib. Əlil kreslosuna bərkidilən robot tutma qabiliyyətinə malik manipulyator və daxili kamera ilə təchiz edilib. Ötürücülərə malik idarəetmə bloku robotun çəngəli götürərək meyvə və ya tərəvəzlərə batırması və insan ağzına yaxınlaşması zamanı işinə nəzarət edir.
Mütəxəssislər qeyd edir ki, robotun hərəkət alqoritmi onun hansı yeməklə işləməli olduğundan asılıdır. Təqdimatda robot çəngəli tərəvəz və ya meyvəyə batırması üçün proqramlaşdırılıb. Bununla yanaşı, manipulyatorun hərəkətləri konkret ərzaq növündən asılı olur: yumşaq və bərk meyvələri robot müxtəlif baxış bucağından batırır. Həmçinin robot yemək tikəsi çox böyük olanda və ya düzgün formalı olmayanda qidanı operatorun ağzına rahat baxış bucağından yaxınlaşdırır.

Tehsil-press.az

Oxşar xəbərlər