ADU YAP ilk ərazi təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib

ADU YAP ilk ərazi təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. İclasda əvvəlcə ADU YAP İlk Ərazi təşkilatının 2018-ci il üçün hesabatı dinlənilib. Sədr Sərraf Hüseynov deyib ki, 2018-ci il həm ölkəmiz, həm də YAP üçün olduqca zəngin və önəmli hadisələrlə əlamətdar olub. Sərraf Hüseynov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 95 illik yubiley tədbirlərinə ADU rektoru, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü akademik Kamal Abdullanın ideya və təşəbbüsü ilə öz unikal töfhəsini verən ADU 11 müxtəlif ölkənin 14 universitetində keçirdiyi möhtəşəm konfransla, nəinki universitet hətta Nəsimi rayonu və ölkə səviyyəsində Ulu öndər irsinin öyrənilməsi və tanıdılması sahəsində çox böyük uğura imza atıb: “Bu konfrans Nəsimi rayon icra hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının illik hesabatlarına daxil edildi”.
YAP İlk Ərazi təşkilatının sədri əlavə edib ki, ADU YAP gəncləri ilboyu keçirilən ən müxtəlif tədbirlərdə, fləşmoblarda, aksiyalarda ən fəal gənc üzvlər kimi dəfələrlə YAP Mərkəzi aparatı və Nəsimi rayon təşkilatı tərəfində mükafatlandırılıb: “Bu gün dövlətimizə, ölkə başçımıza, partiyamıza qarşı sosial şəbəkələrdə aparılan qarayaxma kompaniyasına qarşı gənclərimiz də olduqca fəal mövqe ortaya qoymuşdur. Bu il ərzində ADU YAP Gəncləri həm Nəsimi rayon gəncləri, həm də ümumiyyətlə ölkə üzrə aparılan aylıq hesabatlarda lider olaraq göstərilmişdir. Gənclərimiz bütün sosial şəbəkələrdə öz aktivlikləri və vətənpərvər mövqeləri ilə daima fərqlənmişlər”.
Məruzə ətrafında çıxışlardan sonra hesabat qənaətbəxş hesab edilib.
Daha sonra ADU YAP ilk ərazi təşkilatı üzvlərinin universitetin ictimai həyatında baş verən proseslərdə daha aktiv iştirakının təmin olunması, partiya üzvlərinin partiya adından sui-istifadə hallarına qarşı intizam tədbirlərinin görülməsi ilə bağlı müzakirələr aparılıb. Partiya üzvlüyünə yeni sənəd təqdim edən şəxslərin ərizələri qəbul edilib.

ADU-nun Mətbuat Xidməti


ADU YAP ilk ərazi təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilibADU YAP ilk ərazi təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilibADU YAP ilk ərazi təşkilatının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib


Oxşar xəbərlər