ADU-da “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib

ADU-da “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib Dekabrın 12-də Azərbaycan Dillər Universiteti (ADU) üzrə Yeni Azərbaycan Partiyası (YAP) ilk ərazi təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib.
Öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən , ADU YAP ilk ərazi təşkilatının sədri Sərraf Hüseynov dəyirmi masanın ulu öndər Heydər Əliyevin anım gününə həsr olunduğunu diqqətə çatdırıb. O, Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurucusu olmaqla yanaşı, tarixi dövlətçilik ənənələrini bilən və onları ölkənin inkişafına ustalıqla daxil edən şəxsiyyət olduğunu bildirib. S.Hüseynov deyib ki, dəyirmi masada Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edildiyi bir vaxtda Heydər Əliyevin AXC-nin ənənələri, onun yaratdığı dəyərlərin işığında müstəqil Azərbaycanın qurulmasındakı əməyinə də nəzər salınacaq. O, ulu öndərin siyasətindəki varislik prinsipinin Azərbaycanın Cümhuriyyət tarixinə yanaşması ilə əlaqədar olduğunu sözlərinə əlavə edib.
Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin əks olunduğu qısametrajlı film nümayiş olunub.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov Azərbaycançılıq məfkurəsinin Heydər Əliyevin varislik siyasətinin ana xəttini təşkil etdiyini bildirib. O, Heydər Əliyevin “Kitabi Dədə Qorqud” dastanının 1300 illik yubileyinin dünya miqyasında qeyd olunmasına göstərdiyi qayğıdan danışıb.
Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin işçisi Gülnar Xəlilova ulu öndərin gənclərə yönümlü siyasəti və onun gənclərin inkişafında oynadığı əhəmiyyətli roldan danışıb.
Çıxışlardan sonra ADU-nun rektoru akademik Kamal Abdulla ulu öndər Heydər Əliyevin ölkənin inkişafı istiqamətində atdığı mühüm addımlardan söz açıb: “Sovet İttifaqında ilk dəfə olaraq məhz ulu öndərin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Azərbaycan SSR-nin bayrağı götürüldü, əvəzinə Xalq Cümhuriyyətinin təsbit etdiyi üçrəngli bayraq dalğalanmağa başladı”. K.Abdulla Heydər Əliyevin daim xalqın çətin anlarında ona dayaq olduğunu diqqətə çatdırıb. O, həmçinin Heydər Əliyevlə görüşlərindən danışıb: “Onun fikirləri qarşısında ona heyran olmamaq, azərbaycanlı olmaqla qürur duymamaq mümkün deyil”. Heydər Əliyevin yazıçılarla görüşdən mənəvi zövq aldığını deyən rektor ulu öndərin hər bir azərbaycanlının uğuruna, zəhmətinə görə böyük sevinc hissi duyduğunu qeyd edib. K.Abdulla, həmçinin əsası ulu öndər tərəfindən qoyulan multikulturalizmin dövlət siyasəti olmasından söz açıb.

ADU-nun Mətbuat Xidməti


ADU-da “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib
ADU-da “Heydər Əliyev siyasətində varislik” mövzusunda dəyirmi masa keçirilib

Oxşar xəbərlər