Yay olimpiada düşərgəsi təşkil olunacaq

Yay olimpiada düşərgəsi təşkil olunacaq Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək.
Düşərgə iyunun 16-dan iyulun 16-dək Fizika, riyaziyyat və informatika təmayüllü liseyində fəaliyyət göstərəcək.
Həftənin üç günü təşkil ediləcək düşərgədə məşğələlər ilkin olimpiada hazırlıq işini bilən mütəxəssislər tərəfindən aparılacaq.
Yay olimpiada düşərgəsində V-VI və VII-VIII siniflər bir yerdə olmaqla məşğələlər keçiriləcək. Məktəblilərə müəllimlər tərəfindən hazırlanan yay tapşırığı toplusu təqdim olunacaq.
Sonda müsabiqə aparılacaq və yay düşərgəsinin qalibləri müəyyənləşdiriləcək. Düşərgədə iştirak edən bütün şagirdlərə sertifikatlar veriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər