2018-ci ildə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası və istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb.
Il ərzində laboratoriyada içməli və tullantı sularının 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib. Bu, 2017-ci illə müqayisədə nümunə sayında 21 faiz, göstərici sayında isə 50 faiz artım deməkdir.
Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 51, tullantı suların 54 olmaqla, ümumilikdə 105 parametri üzrə analizlər aparılır.
Mərkəzi laboratoriyanın təcrübəsindən istifadə etməklə 2018-ci ildə regional laboratoriyaların yaradılması işlərinə başlanılıb və 4 regional laboratoriya fəaliyyətə başlayıb.
Qeyd edək ki, içməli su və tullantı suları bölmələrindən ibarət Mərkəzi Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb.
Tehsil-press.az