"Azərsu”: Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi

Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında yaranmış fasilələrin aradan qaldırılması üçün tədbirlər davam etdirilir.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Təhsil-press.az-a bildirib ki, artıq Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin fəaliyyəti bərpa olunub: "Hazırda Oğuz-Qəbələ-Bakı magistral su kəməri ilə suyun paytaxta çatdırılmasına başlanılıb. Axşam saatlarına qədər anbarlara su vurularaq əhaliyə veriləcək. Hazırda bununla bağlı tədbirlər davam etdirilir. Sabahdan Bakının içməli su təminatında problem olmayacaq".

Tehsil-press.az

Oxşar xəbərlər