Cari ildə 3 mindən çox içməli su nümunəsi analiz edilib

Cari ildə 3 mindən çox içməli su nümunəsi analiz edilib Cari ilin ilk üç ayı ərzində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası tərəfindən təsdiq olunmuş illik iş qrafikinə uyğun olaraq 3727 içməli su, 264 tullantı suyu nümunələri müəyyən edilmiş nöqtələrdən götürülüb. Əhaliyə verilən içməli suyun göstəriciləri beynəlxalq standartlara cavab verir.
Bunu Təhsil-press.az-a “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev məlumat verib.
O qeyd edib ki, laboratoriyada içməli su üzrə 84, tullantı suyu üzrə 54, ümumilikdə, 138 göstərici təyin edilir.

Tehsil-press.az

Oxşar xəbərlər