Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 29 il keçir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Yanvarın 16-da Bakı Slavyan Universitetində Qanlı Yanvarda şəhid olan soydaşlarımızın xatirəsi yad olunub, universitetin foyesində stend hazırlanıb. Stenddə 20 Yanvar hadisələrini əks etdirən foto şəkillər, Qanlı Yanvar faciəsindən bəhs edən müxtəlif dillərdə yazılmış kitablar sərgilənib.
BSU-nun Mətbuat Xidməti