“Qanlı 20 Yanvar” sərgisi təşkil olunub

“Qanlı 20 Yanvar” sərgisi təşkil olunub AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan sərgi açılıb.
“Qanlı 20 Yanvar” başlığı altında təşkil edilən sərgidə “Heydər Əliyev müstəqilliyimiz əbədidir”, “Azərbaycan tarixi”, “Naxçıvan 20 yanvar ərəfəsində”, “Şahbuzlu şəhidlər”, “Sədərək harayı”, “Qələbəyə gedən yol”, “Ermənilər və həqiqətlər”, “Qara Yanvar Bakı-1990”, “Şənbə gecəsinə gedən yol”, “Ülviləşən Ülvim”, “Analar Anar Ağlar” və digər kitablar nümayiş olunur.
Sərgi bu ayın sonuna kimi ziyarətçilərin ixtiyarında olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər