Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evi Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib

Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evi Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evi Qubadlı Rayon İcra Hakimiyyəti ilə birgə əslən Qubadlı rayonundan olan Milli Qəhrəman Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Vətən məni oğul deyib çağırdı” adlı tədbir keçirib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin, idarə müəssisələrinin məsul işçiləri, təhsil və mədəniyyət sahəsində çalışan əməkdaşlar, şəhidin ailə üzvləri, iş yoldaşları iştirak edibər.
Sonra Vasili Əliyevin keçdiyi şərəfli həyat yolunu əks etdirən video-çarx nümayiş olunub. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haqverdiyev, Xoşqədəm Alıyeva çıxış edərək dövlətimiz tərəfindən şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.
Çıxış edən digər qonaqlardan Qubadlı Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant İlham Rəsulov isə Milli Qəhrəman haqqında öz təəssüratlarını bölüşüb.
Daha sonra Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyi üzvlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub, muğam üçlüyünün ifasında musiqilər səslənib.
Sonda ailə üzvləri adından şəhidin həyat yoldaşı polis polkovniki Aygün Əliyeva çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Qubadlı rayon Mahmudlu kənd Mədəniyyət evi Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib


Oxşar xəbərlər