Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı Rayon Nümayəndəliyində Telman Cəfərovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı Rayon Nümayəndəliyində Telman Cəfərovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Qubadlı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Regional Mədəniyyət idarəsi Qubadlı Rayon Nümayəndəliyinin təşkilatçılığı ilə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərən Telman Cəfərovun 70 illik yubileyi münasibəti ilə “Sənəti Yaşadanlar” adlı tədbir keçirilib.
Tədbirə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov, yubilyarın yetirmələri və rayon ictimaiyyətinin nümayəndələri qatılıblar.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Allahverdi Haqverdiyev çıxış edərək yubilyarı təbrik edib və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısının Fəxri Fərmanını və xatirə hədiyyəsini təqdim edib.
Sonra Sumqayıt Regional Mədəniyyət idarəsinin rəis müavini İlham Əhmədov çıxış edərək yubilyarla bağlı xatirələrini bölüşüb, xoş arzularını çatdırıb və Sumqayıt Regional Mədəniyyət idarəsinin fəxri fərmanını xatirə hədiyyəsi təqdim edib.
Tədbir rəngarəng musiqi nömrələri ilə davam edib.
Sonda Telman Cəfərov çıxış edərək tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Telman Cəfərov 1969-1971-ci illərdə Ə.Mehdiyev adına Qubadlı rayon uşaq musiqi məktəbində müəllim, 1971-1994-cü illərdə həmin məktəbin direktoru, 1994-2013-cü illərdə Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzfələrində çalışıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər