Sinoptiklər ölkə ərazisində havanın kəskin dəyişəcəyi və gözlənilən xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında ilə bağlı xəbərdarlıq ediblər.
Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin kəskin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 28-33 metr olacağı, yarımadanın bəzi yerlərində arabir 35-38 metrədək şiddətlənəcəyi gözlənilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 10° enəcəyi və 2° -yə yaxın isti olacağı proqnozlaşdırılır. Havanın yağıntılı olacağı, yağıntının sulu qara keçəcəyi ehtimalı var.
Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yanvarın 17-18-də Abşeron yarımadasında çox güclü xəzri küləyinin əsəcəyi və havanın temperaturunun ötən günlə müqayisədə 10° enəcəyi gözlənilir. Havanın belə kəskin dəyişməsi əksər əhali üçün çox əlverişsizdir.
Azərbaycanın rayonlarında yanvarın 17-dən etibarən havanın dəyişəcəyi, kəskin hava şəraitinin 18-i gündüzədək davam edəcəyi proqnozlaşdırılır. Havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şimal-qərb küləyinin əsəcəyi, bəzi rayonlarda arabir saniyədə 23-28 metrədək güclənəcəyi, Kür çökəkliyi rayonlarında arabir 33-38 metrədək şiddətlənəcəyi ehtimal edilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 10° enəcək. Minimal temperatur dağlıq rayonlarda 5-10°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, Aran rayonlarında 2° şaxtadan 3°-dək isti olacaq.
Tehsil-press.az