“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsi üzrə məzunların müsabiqə yolu ilə işə qəbulunun tənzimlənməsi üçün normativ hüquqi aktlar hazırlanacaq.
Müvafiq Dövlət Proqramında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Dövlət İmtahan Mərkəzi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.
Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.
Tehsil-press.az