Sabir bankir Cahangir Hacıyev digər 21 nəfərlə birlikdə hakim önünə çıxarılıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə elan olunub ki, zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, Aqrokredit bank və Vergilər Nazirliyi tanınıb. Anket məlumatları dəqiqləşdirilən zaman barəsində həbs-qətimkan tədbiri seçilməyən A.Ramazanov qeyd edib ki, keçmiş "Simurq" klubunun vitse-prezidenti və Zaqatala Olimpia Komplesinin rəhbəri vəzifəsində çalışıb.
Təqsirləndirilən C.Hacıyevin hüquqlarını müdafiə etmək üçün müqavilə ilə vəkil Fariz Namazlı və dövlət hesabına Munis Abuzərov qoşulub. Cahangir Hacıyev dövlət hesabına qoşulan vəkildən imtna etdiyini deyib.
Fariz Namazlı vəsatət qaldıraraq müvəkkili barəsində irəli sürülmüş cinayət işinə xitam verilməsini, sabiq bank sədrinin şüşə qəfəsdən çıxarılıb, yanında əyləşdirilməsini istəyib. Vəsatət təmin edilməyib.
Prosesdə digər vəkillər də vəsatətlə çıxış edib. Növbəti prosesdə vəsatətlərə münasibət bildiriləcək. Məhkəmənin hazırlıq iclası yanvarın 24-də davam etdiriləcək.
Həbs edilənlərdən biri C.Hacıyevin dostu, hazırda həbsdə olan Dünyamin Xəlilovdur. İsmayıl Hidayətzadə təqsirləndirilən şəxsdir. O, C.Hacıyevin bacanağıdır və “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru vəzifəsində işləyib. Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və 5 il müddətinə həbs cəzası alıb.
Digər şəxslər isə Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qaffarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovdur. Onların barəsində mənimsənmə ittihamı irəli sürülüb.
Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İlkin Muradov