Azərbaycanlı alim “Peşəkarlar danışır” layihəsinin qonağı olacaq

Azərbaycanlı alim “Peşəkarlar danışır” layihəsinin qonağı olacaq ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının (AAA) “Peşəkarlar danışır” layihəsinin növbəti proqramının qonağı AMEA-nın Elm və Təhsil Baş İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov olacaq.
“Elm və təhsil: yeni çağırışlar” mövzusuna həsr edilən görüş fevralın 28-də saat 14:00-dan 16:00-dək “ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi”nin konfrans zalında keçiriləcək. Hər kəs üçün açıq olan görüşdə iştirak etmək istəyənlər fevralın 21-dək [email protected] e-poçt ünvanı vasitəsilə iştirakını təsdiq edə bilər.
Ünvan: CASPIAN Biznes Mərkəzi, 2-ci mərtəbə, AZ1065, Bakı, Cəfər Cabbarlı, 40

Tehsil-press.az

Oxşar xəbərlər