AMEA Yüksək Texnologiyalar Parkı Bolqarıstan şirkətləri ilə əlaqələri genişləndirir

AMEA Yüksək Texnologiyalar Parkı Bolqarıstan şirkətləri ilə əlaqələri genişləndirir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Bolqarıstan-Azərbaycan Ticarət-Sənaye Palatasının sədri Dimitar Bratanov, Bolqarıstan şirkətinin baş meneceri Plamen Taşkov, “EPC Group” MMC-nin baş direktoru Mohammad Miabi və digər qonaqların iştirakı ilə təhsil-elm-biznes istiqamətində görüş keçirilib.
Görüşdə akademik Dilqəm Tağıyev qonaqlara Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Yüksək Texnologiyalar Parkının (YTP) fəaliyyətindən danışıb. Elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması kimi funksiyaları həyata keçirən YTP-nın bir sıra beynəlxalq sertifikatlara layiq görüldüyünü, azərbaycanlı alimlərin çex, rus və bolqar həmkarları ilə əməkdaşlıq etdiklərini bildirib.
D.Bratanov Bolqarıstanda fəaliyyət göstərən şirkətlər və istehsal etdikləri innovativ məhsullar barədə məlumat verib. Akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirən sədr Azərbaycanda bir neçə layihənin uğurla reallaşdırılmasında iştirak etdiyini vurğulayıb. Hər iki ölkənin müxtəlif istiqamətlərdə, o cümlədən elm sahəsində birgə əməkdaşlığın müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
YTP-nın direktoru Vüqar Babayev tarixən Azərbaycan-Bolqarıstan əlaqələrinin müxtəlif istiqamətlərdə mövcud olduğunu vurğulayıb. V.Babayev YTP-da çalışan alimlərin Bolqarıstandan olan nümayəndə heyəti ilə müzakirələr aparılmasında maraqlı olduqlarını bildirib, qonaqların müvafiq layihələrdə iştirakını yüksək qiymətləndirib.
M.Miabi bu layihəyə öz töhfələrini verəcəyinə əminliyini bildirib, rəhbərlik etdiyi müəssisənin kommersial tipli məhsullar istehsal edəcəyini söyləyib
Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov AMEA-nın Bolqarıstanın elm və təhsil mərkəzləri ilə əməkdaşlığından danışıb.
Sonra qonaqlar YTP-nin fəaliyyəti ilə tanış olublar.

Hikmət Əliyev


AMEA Yüksək Texnologiyalar Parkı Bolqarıstan şirkətləri ilə əlaqələri genişləndirir

AMEA Yüksək Texnologiyalar Parkı Bolqarıstan şirkətləri ilə əlaqələri genişləndirir

AMEA Yüksək Texnologiyalar Parkı Bolqarıstan şirkətləri ilə əlaqələri genişləndirir


Oxşar xəbərlər