Yanvarın 30-da Azərbaycan Dillər Universitetində (ADU) Xarici Təhsilli Əməkdaşlar Birliyinin fəaliyyət proqramı müzakirə olunub. Tədbirdə “Maariflənmə nədir” mövzusunda təcrübə mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Xarici Təhsilli Əməkdaşlar Birliyinin sədri Lətifə Qurbanova birliyin yaranmasını zəruri edən səbəblər, onun məqsədləri və qarşıda duran vəzifələrdən söz açıb. Onun sözlərinə görə, təşkilatın yaranması mərhələsində aparılan araşdırma zamanı universitetdə çalışan 40-a yaxın əməkdaşın dünyanın 12 aparıcı ali təhsil müəssisəsinin məzunu olduğu məlum olub. L.Qurbanova əlavə edib ki, birliyin yaranması universitetdə olan potensialın üzə çıxması, əməkdaşların bir-birini tanıması və qurum daxilində özlərini tanıtmasına, eyni zamanda sıx əlaqələr şəbəkəsinin yaranması və universitetdə təhsilin keyfiyyətinin artmasına öz töhfəsini verəcək.
Sonra digər çıxışçılar birliyin fəaliyyətinin əhəmiyyətindən danışıb və müxtəlif təkliflər irəli sürüblər.
Qeyd edək ki, Xarici Təhsilli Əməkdaşlar Birliyi ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təklifi əsasında universitetin Elmi Şurasının 28 noyabr 2017-ci il tarixli qərarı ilə yaradılıb. Birliyin əsas məqsədi ADU-da müxtəlif vəzifələrdə çalışan əməkdaşlar arasında sıx əlaqələr qurmaq, onlar arasında birlik və təcrübə mübadiləsini təbliğ və təmin etmək, habelə ADU-da müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrə birlik üzvlərinin bilik və bacarıqlarından yararlanmaları üçün şərait yaratmaq, öz təcrübələrinə əsaslanaraq onlara multikulturalizm dəyərlərini yaymaqdır. Birliyin fəaliyyət predmetinə isə yeni əməkdaşlara dəstək vermək, xarici universitetlərin məzunları arasında əməkdaşlıq şəbəkəsi qurmaq, bu fəaliyyəti ölkənin və universitetin maraqları istiqamətinə yönəltmək və s. daxildir.

ADU-nun Mətbuat Xidməti