Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı millətini və dövlətini sevən hər kəs üçün örnək olmalıdır.
Bunu Tehsil-press.az-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
E.Musayev bildirib ki, oradakı səmimiyyət, qətiyyət, verilən mesajlar əslində həm də aparılan siyasətin qayəsindən, prioritetlərindən xəbər verir: “Bu gün Azərbaycanda bütün sahələr inkişaf edir. Üstəlik, sistemli formada inkişaf edir. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dərin köklərə malik azərbaycançılıq ideyası, fəlsəfəsi ölkənin iqtisadi və siyasi sabitliyinin qarantıdır. Diqqət edin: cənab Prezident son nitqi də daxil olmaqla, demək olar, bütün çıxışlarını əsas etibarilə milli maraqlara yönəldir. Çünki milli maraqların təmin olunmadığı yerdə, müstəqilliyin, suverenliyin təhlükə altında olduğu məqamlarda heç bir zaman inkişafdan söhbət gedə bilməz. Bizim elə ən böyük üstünlüyümüz ondadır ki, məhz milli maraqları cənab İlham Əliyev kimi ləyaqətlə qoruyan liderimiz var".
Millət vəkili vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyulan prinsipial mövqe, ölkənin kənar təsirlərdən bu qədər mükəmməl şəkildə qorunması, müdafiə olunması, terrordan, qarşıdurmadan, siyasi və iqtisadi böhrandan uzaq olmağımız və nəhayət, bu qədər rahat formada, sabit şəkildə yaşamağımız Prezident İlham Əliyevin apardığı məqsədyönlü və balanslı siyasətin nəticəsidir: "Ən əsası, bizim azərbaycanlı olmağımızla bu qədər fəxr etməyimizin səbəbi də məhz ölkənin dünya nəhəngləri arasındakı adı və yeridir. Bu hissi və şərəfi isə bizlərə aparılan doğru siyasətin nəticələri yaşadıb. Yaşatmağa da davam edir. Zaman var idi ki, SSRİ tərkibində idik, hər şeyimiz kimdənsə asılı idi. Müstəqilliyin, müstəqil atributların nə olduğunu bilmirdik. Fəqət tarix bizə elə bir mərhələdə yaşamağı qismət elədi ki, həmin müstəqilliyin varlığını gördük, daddıq və bu məqamda cənab Prezidentin söylədiyi müdrik bir fikri xüsusən qeyd etmək lazımdır: “Müstəqilliyi qazanmaqdan da çətin olan onu qorumaqdır”.
Deputat qeyd edib ki, 25 ildə çox uğurlarımız olub: “1993-cü ildən bəri bu uğurlar müsbət dinamika üzərindən sıralanır. AXCP-Müsavat hakimiyyətinin yaratdığı böhran, hərc-mərclik, xaos o həddə idi ki, həmin ziddiyyətlərin, paralel fonda isə ümumən Azərbaycanın məhvinin qarşısını yalnız Heydər Əliyev ala bilərdi. Ona görə də xalq öz xilaskarını səslədi və hakimiyyətə gətirdi. Ulu Öndər hakimiyyətə gələndən sonra isə uğurlarımızın əsası qoyuldu. İnkişaf o dövrdən başladı: iqtisadi dirçəliş də, siyasi sabitlik də, sosial problemlərin həlli istiqamətində addımlar da, şəhid, qaçqın ailələrinə qayğı da, müxtəlif sahələrdə fəaliyyət zolaqlarının stimillaşdırılması da, xalqın rifahı da... Hər şey məhz o dövrdən başladı”.
E.Musayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev gənclərlə görüşündə həm də stimulverici, obrazlı bir çıxış etdi: “Dövlətimizin başçısı özünün və xalqın çətin günlərindən, amma heç zaman ümidsiz olmamasından danışdı. Bu, həm də gənclik üçün ruh yüksəkliyi, gələcəyə inam xarakteri daşıyırdı. Bəli, cənab Prezident Azərbaycan gəncliyinə çox güvənir, etimad göstərir. Elə təkcə Nazirlər Kabinetinin son tərkibinə baxsaq görərik ki, elmli, təhsilli gənclərə münasibət necədir. Bu, həm də bir prioritetdir, dövlət siyasətinin aparıcı xəttidir: bütün istedadlı gənclərin potensialını dəyərləndirmək! Azərbaycan bu uğurlarla kifayətlənirmi? Birmənalı şəkildə xeyr! İnkişaf strategiyamız hələ cənab İlham Əliyevin rəhbərliyi ilə bizləri daha böyük uğurlara aparacaq. Ölkə rəhbəri bizlərə Dağlıq Qarabağlı Azərbaycanımızı bəxş edəcək, diplomatik danışıqlar effekt verməsə, ən son addım kimi müzəffər ordumuz öz Ali Baş Komandanının rəhbərliyi altında ərazi bütövlüyümüzü, tamlığımızı təmin edəcək".
O əlavə edib ki, Aprel döyüşlərindən, Lələ Təpə uğurundan, Naxçıvandakı peşəkar hərbi əməliyyatlardan sonra buna kimsə şübhə etmir: "Ölkənin, dövlətin ən ali məqsədi də elə budur. Cənab Prezident gənclərlə görüşündə bu barədə də ətraflı və konkret danışdı. Ölkə rəhbərinin dövlət qurumlarına müraciət edərək “Gəncləri irəli çəkin” təşəbbüsü də son dərəcə təqdirəlayiq mesajdır. Deməli, gənclər öz üzərilərində işləməli, təhsillərini gücləndirməli və ölkəsinə verə biləcəkləri faydalar barədə düşünməlidirlər. Dövlət və Prezident gəncliyin yanındadır. Bu faktın özü bir gəncin arzulaya biləcəyi ən böyük xoşbəxtlikdir”.
Tehsil-press.az