Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əldə olunan nailiyyətləri konkret faktlarla açıqladı. Bunu Tehsil-press.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
T.Rzayev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirilən fikirləri şərh edərkən qeyd edib ki, 2018-ci ildə Azərbaycanın inkişafı üçün istər beynəlxalq aləmdə, istərsə də ölkədə uğurlu addımlar atılıb: "Ötən il, xüsusən, Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı mühüm addımlar atılıb. Son vaxtlar islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatı xeyli inkişaf edib. Bu inkişaf Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi aqrar sahə, qeyri-neft sektorunda daha çox nəzərə çarpır. İlin yekunlarına görə, kənd təsərrüfatı məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb, heyvandarlıq inkişaf edib. Yəni qeyri-neft sektoruna göstərilən diqqət və qayğı öz nəticəsini verib".
Millət vəkili bildirib ki, həmişə olduğu kimi, cənab Prezident bu dəfə də ölkənin təhlükəsizlik məsələsinə, xüsusən də ərzaq təhlükəsizliyi məsələsinə toxundu: "Eyni zamanda, öz imkanlarımız hesabına ölkə iqtisadiyyatının artırılmasının vacibliyini vurğuladı".
T.Rzayev vurğulayıb ki, iclasda regionda baş verən məsələlərə də toxunan Prezident İlham Əliyev əsasən Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini bir daha açıqladı: "Dövlət başçısı bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".
Nazirlər Kabinetinin iclasının əhəmiyyətindən danışan deputat qeyd edib ki, bu toplantılar ölkə üçün çox əhəmiyyətlidir: "Cənab Prezident bu müşavirələrlə hər bir insanın ölkə iqtisadiyyatında vəzifəsini dəqiqləşdirir və Azərbaycan vətəndaşlarının ölkənin inkişafı üçün qarşıda duran vəzifələrini müəyyən edir".
Tehsil-press.az