Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, yaralanmış hərbçilərin yüksək texnologiyalı protezlərlə təmin olunması proqramı çərçivəsində daha bir qrup Qarabağ müharibəsi əlili protezləşməyə cəlb edilib.
Heydər Əliyev Fonduna müraciət edən 30-dək hərbçinin hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri nəzərə alınmaqla yüksək texnologiyalı məhsullar seçilib.
Tətbiq olunan protezlərin texniki imkanları normal həyat dinamikasına imkan yaradır, istifadəçi daha rahat, təbii və təhlükəsiz hərəkət edir.
Protezlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətlərini davam etdirir. Onların sırasında hərbi xidmətlərinə davam edən, paralimpiya idman növləri ilə məşğul olanlar da var. Paralimpiyaçıların sözlərinə görə, onlar müasir protezlərlə məşq və yarışlara rahatlıqla qatıla bilirlər.
Tehsil-press.az