İlin rekordu və ilin ixtisası

İlin rekordu və ilin ixtisası Bakı Ali Neft Məktəbində (BANM) indiki və gələcək dövrün ən tələbatlı ixtisası – proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası tədris edilir.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası burada təhsil alan tələbələrin bilik və intellektual səviyyəsinə görə ölkəmizdə bütün rekordları qırıb. Bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında respublika üzrə 700 bal toplamış 15 tələbənin 7-si BANM-i, onların da 5-i proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını seçib.
BANM Prezident təqaüdçülərinin sayına görə respublikada ikinci yeri tutur. Bu ali məktəbdə 24 Prezident təqaüdçüsü təhsil alır ki, onlardan 21-i ixtisas olaraq proseslərin avtomatlaşdırılması mühəndisliyini seçib.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına bu il 12-si qız, 28-i oğlan olmaqla 40 tələbə qəbul edilib. İxtisas üzrə minimal keçid balı 685, maksimal bal 700, orta bal isə 691 olub.
Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələri üzərindən keçirdiyi nəzarət tədbirlərinə görə proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası ilin ən nüfuzlu ixtisası kimi qiymətləndirilib.
[center]
BANM-nin Mətbuat xidməti

Oxşar xəbərlər