2009-2013- cü illərdə ali təhsil alan Zöhrə İsmayılova ikinci ali təhsil almaq üçün 4 il yüksək bal toplasa da bundan imtina edib.
O, ilk dəfə Bakı Dövlət Universitetinin biologoya fakültəsinə daxil olub: “Təhsilimi bitirdikdən sonra ikinci ali təhsil almağa qərar verdim. 2015- ci ildə 526 bal topladım. Lakin mənim istədiyim ixtisasın balı Bakı Dövlət Universitetində 528 bal idi. Həmin ixtisasa qəbul ola bilmədim. 2016- cı ildə 626 bal topladım. Ancaq istədiyim ixtisasın balı 627 bal oldu. 1 balla kəsildim. 2017- ci ildə 686 bal topladım. Lakin daxil olmaq istədiyim Fransız Azərbaycan Universitetində daxili imtahandan 65 bal topladım. Amma yetərli bal 67 idi. Nəhayət, bu il qəbul imtahanlarında 673 bal topladım. Bakı Mühəndislik Universitetinin informasiya texnologiyaları ixtisasına qəbul oldum.
Mənim üçün yığdığım balın əhəmiyyəti yoxdur. Əsas odur ki, istədiyim ixtisasda təhsil almağa nail oldum”.
Tehsil-press.az