BDU-nun dosentinin elmi məruzəsi Londonda maraq doğurub

BDU-nun dosentinin elmi məruzəsi Londonda maraq doğurub Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanova Londonda təşkil olunan beynəlxalq konfransda elmi məruzə ilə çıxış edib.
Mehriban İmanovanın məruzəsi xarici alimlər tərəfindən yüksək dəyərləndirilib, təklif etdiyi üsulların geniş tətbiq sahəsi nəzərə alınaraq ona məqalə və monoqrafiyaların yazılması istiqamətində əməkdaşlıq, növbəti konfranslarda Təşkilat Komitəsində iştirak etmək təklif olunub.
Qeyd edək ki, dosent Mehriban İmanova, eyni zamanda, Oksford Universitetinin təşkil etdiyi konfransa dəvət alıb. Onun çıxışının qısa xülasəsi həmin konfransın rəsmi saytında yerləşdirilib.

BDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər