Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda seminar keçirilib.
Seminarda görkəmli alim, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilend Universitetinin, ADA Universitetinin və Milli Aviasiya Akademiyasının professoru Roald Saqdeyev “KAM (Kolmoqorov, Arnold, Moser) teoreminin 50 ili” mövzusunda məruzə ilə çıxış edib.
Alim elmi fəaliyyətinin formalaşma mərhələlərindən danışıb və müəllimi olmuş L.Landau, V.Ginzburq haqqında xatirələrini bölüşüb, sualları cavablandırıb.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov dünyada tanınan, fizika elminə, xüsusilə kosmik fizika sahəsinə böyük töhfələr vermiş akademik Roald Saqdeyevin elmi yaradıcılığının əhəmiyyətini vurğulayıb.
Tədbirdə ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev və Milli Aviasiya Akademiyasının prorektorları, tanınmış alim və mütəxəssislər iştirak ediblər.